“Semedoglu” şirkəti bir çox üstünlükləri ilə digərlərindən fərqlənir
Cəmiyyət
Oxunub: 94
2 Mayıs 2024 | 13:44

“Semedoglu” şirkətinin biznes modeli çeviklik və keyfiyyət üzərində bərqərar olunmuşdur.

Şirkətin təsisçisi Fuad Cəfərov planlarının ana xəttini insanlara faydalı xidmət təşkil edir. Fuad Cəfərovun irəli sürdüyü hər bir təşəbbüs və qəbul etdiyi qərarlar “Semedoglu” şirkətinin daha da qüdrətlənməsinə xidmət edir. Şirkətin çiçəklənməsində  əsas səbəb, prosesləri idarə edə bilən, çevik, təcrübəli təsisçi və müdriyyətdir. Şirkət yerli bazarda müştərilərə keyfiyyətli məhsulla yanaşı, geniş seçim imkanı yaradır.“Semedoglu” öz hədəf auditoriyalarına effektiv xidmət göstərə bilmək üçün yerli bazarda  öz  brendini yaratmışdır.

Şirkət istənilən zaman öz mövcud və yeni müştərilərinin ehtiyaclarını qarşılamağa qadirdir və bu məqsədlə öz texnoloji bilik və bacarıqlarını və kadr resurslarını səfərbər etməyə hazırdır. Məhz  bu cür yanaşma “Semedoglu” şirkətinə çevik biznes fəaliyyəti yürütmək imkanı yaradır.
Şirkətə üstünlük qazandıra biləcək faktor, təbii ki, həmin şirkətin bazara çıxardığı məhsulun və ya xidmətin keyfiyyətidir. Aydın məsələdir ki, insanlar sadəcə ucuz yox, həm uyğun qiymətli, həm də tələbatlarını qarşılaya  biləcək məhsullara yönəlirlər.Rəqabətdə üstünlüyə sahib olmaq üçün rəqiblərindən məhsulları və təyin etdikləri qiymətlə  fərqlənirlər.“Semedoglu” şirkəti bir çox üstünlükləri ilə digərlərindən fərqlənir. Fərqlilik dedikdə rəqiblərindən bir sıra kriteriyaları ilə  fərqlənmək nəzərdə tutulur.  Şirkət innovativ fikirləri və bu fikirlər əsasında təklif etdiyi fərqli xidmətlərlə rəqiblərinə qarşı xeyli üstünlük əldə edib.

Bəli, yaxşı hal o olar ki, hər bir Adəm övladı yaşadığı ömür yollarında elə bir iz qoysun ki, həmin şəxsin barəsində söhbət düşərkən adı həmişə fəxrlə çəkilsin, hər kəs öz yanaşması ilə həmin şəxsə qarşı bəlli münasibətini ortaya qoymağı bacarsın. Qeyd edək ki, Fuad Cəfərovun  xeyirxah əməllərinin, atdığı addımlarının, verdiyi dəyərli məsləhətlərinin, insanlara qarşı səmimi münasibətinin və s. əhəmiyyətini bu gün də hər kəs görür, lazımınca da dəyərləndirir. Əslinə baxsan, bu şəxsə qarşı yüksək insani münasibətin formalaşmasına əsas səbəb, ona göstərilən böyük hörmət və ehtiramın nəticəsidir.
Ümumiyyətlə, Fuad Cəfərovun   xarakterik xüsusiyyəti, yüksək insani keyfiyyətinin varlığı onu göstərir ki, hal-hazırda bu şəxsə qarşı hər kəsin xüsusi rəğbəti var. Düzdür, hər bölgədə, ayrı–ayrı şəhər və rayonlarda, kənd və qəsəbələrdə əksəriyyətin tanıdığı ağsaqqallar, imkanlı şəxslər, müəyyən qədər nüfuz sahibi olan insanlar var. Amma, etiraf etmək lazımdır ki, həmin şəxslər əksəriyyət tərəfindən tanınsalar da, heç də onların hər biri hər kəsin rəğbət hissini qazana bilmirlər. Çünki, həmin şəxslərdən bəziləri sahib olduqları və milyonlarla dəyərləndirilən var– dövlətlərini çox zaman şəxsi məqsədlərinin həllinə yönəldirlər.  Belə insanlardan tamamilə fərqlənən Fuad Cəfərov isə, bu gün nəinki təmsil etdiyi bölgənin, hətta digər bölgə sakinləri tərəfindən də rəğbət hissi ilə qarşılanan Vətən oğludur. Əslində bu şəxs əksər imkansızlar, köməyə ehtiyacı olanlar, könülləri intzarda qalıb yol gözləyənlər üçün sanki bir dayaqdır, “sönməz məşəldir”. Unutmaq olmaz ki, Fuad Cəfərovun fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Fuad İsgəndərovun qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz  müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Fuad Cəfərovun   adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Fuad Cəfərovun kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Fuad Cəfərov bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına,  aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Fuad Cəfərovun  bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.
   Unutmaq olmaz ki,Fuad Cəfərovun indiyə kimi əldə etdiyi uğurlar təkcə onun deyil, bütövlükdə xalqımızın, dövlətimizin uğurları hesab olunur. Faktdır ki, bu günün özü də bir tarixdir. Ona görə də hər bir vəzifə sahibi, iş adamı, yaxud da digər peşə sahibi olan hər kəs öz xalqı, dövləti üçün vicdanla, ləyaqətlə çalışarsa, özündə cəmləşdirdiyi potensialını bu yöndə səfərbər edərsə, deməli o halda həmin şəxsin adı bugünkü tariximizə yazılacaq. Hətta, illər keçsə də, həmin şəxs lazım olduğu qiymətini alacaq və doğma xalqının sevgi hissini qazanmağı da bacaracaq. Faktdır ki, Fuad Cəfərov da atdığı addımlarına görə belə şəxslərdən biri hesab olunur. Ümumiyyətlə, bu şəxsin ləyaqətli vətəndaş mövqeyi bu gün olduğu kimi, gələcəkdə də xalqı tərəfindən lazımınca dəyərləndiriləcək. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir.   
9-09-2024, 11:24
FHN Gəncədə gecə təlimi keçirib
9-09-2024, 09:00
ŞİRVAN xəstəxanası
18-05-2024, 15:13
Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu
18-05-2024, 14:49
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:07
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?
18-05-2024, 13:46
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
18-05-2024, 12:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18-05-2024, 11:54
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 09:36
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 09:01
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:36
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
17-05-2024, 19:38
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
17-05-2024, 18:58
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
17-05-2024, 18:26
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
17-05-2024, 17:45
Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat
17-05-2024, 17:08
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 16:32
Futbol oyunları vaxtı baş məşqçilər VAR-a müraciət tələb edə biləcəklər
17-05-2024, 13:59
“The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir
17-05-2024, 12:59
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
17-05-2024, 12:31
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
17-05-2024, 12:19
QARANLIQ DÜNYAMIZA AYDINLIQ GƏTİRƏN AĞ XALATLI HƏKİM - BİZ SİZƏ MİNNƏTDARIQ
17-05-2024, 11:58
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
17-05-2024, 11:57
İşini vicdanla yerinə yetirən Xəqani Əhmədov
17-05-2024, 11:17
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
17-05-2024, 10:45
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
17-05-2024, 09:56
YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA
17-05-2024, 09:22
İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?