QARANLIQ DÜNYAMIZA AYDINLIQ GƏTİRƏN AĞ XALATLI HƏKİM - BİZ SİZƏ MİNNƏTDARIQ
Gündəm
Oxunub: 57
17 Mayıs 2024 | 12:19
Bəşəriyyət iki sütun üzərində bərqərar olmuşdur. Onlardan biri müəllim, digəri isə həkimdir.“Sağlam bədəndə sağlam ruh olar” deyən atalarımız bu kəlamı məhz hər iki sənət sahibləri-müəllim və həkimlər üçün söyləmişlər.Çünki müəllim elm,təlim-tərbiyə, əxlaq mənbəyidir.Həkimlik isə bütün bunlarla yanaşı bəşəriyyətin sağlamlığının keşiyində duran müqəddəs peşə sahibləridir.Yazımın əsas qəhrəmanı Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədovdur Bu dəyərli insanın Pərvin Məmmədovun şəfalı əlinin, xeyirxah, təmənnasız əməllərinin canlı şahidi olanlar onu əlləri şəfalı  həkim adlandırır.O,həmçinin, xoş rəftarı, diqqət və davranışı ilə qəlblərdə özünə silinməz izlər buraxan zəngin mənəviyyata, yüksək insani keyfiyyətlərə malik sakit təbiətli bir insan,ziyalı həkimdir.İnsan adətən həkimə gedən zaman həyəcanlanır,qorxu hissi keçirir.Pərvin həkim xəstə ilə nəinki həkim-xəstə münasibətində olur,eyni zamanda xəstələrlə tam səmimi münasibət yaradır, onların hər biri ilə öz doğması, yaxını kimi rəftar edir.İmkansız insanlara,şəhid ailələrinə, yaşlı nəslə təmənnasız əl tutması, onların qayğısına qalması həkimin əsas xüsusiyyətidir. Çünki o, öz peşəsini sevən və ona sadiq qalan gözəl  həkim, dəyərli insandır. Xəstələrinin dili ilə desək, Pərvin həkimin yanına gedib, onunla söhbət etmək özü bir məlhəmdir insana.Həkim Pərvin Məmmədov ölkəmizdə səhiyyəyə yetərincə diqqət ayrılırmı və səhiyyəmizdə nə kimi yeniliklər görürsünüz sualını birmənalı olaraq belə cavablandırır:Səhiyyəmizə yetərincə diqqət ayrılır və mən deyərdim ki, gördüyümüz kimi Azərbaycan səhiyyəsi durmadan inkişaf etməkdədir. Məhz bu səbəbdən biz Heydər Əliyev Fondunun Prezidenti, UNESKO VƏ İSESCO-nun xoşməramlı səfiri, Respublikamızın I Vitse Prezidenti Mehriban xanım Əliyevaya minnətdarıq.Həkimlik sənətinin çətin, məsuliyyətli və gərəkli sahə olduğunu, bütün çətinliklərə baxmayaraq öz işinin öhdəsindən layiqincə gələn Pərvin həkimin fikrincə  savadlı və işini bilən təcrübəli həkim üçün heç bir qorxu yoxdur.İnsan gərək öz tutduğu peşənin kamil bilicisi, mütəxəssisi olsun.Ümumiyyətlə, bütün peşələrə məsuliyyətlə yanaşmaq lazımdır.__ Bir həkim kimi ən böyük sevinciniz nədir? - sualını həkim Pərvin Məmmədov öz xarakterinə uyğun cavablandırır:Mənim üçün xəstələrimin şəfa tapması və mənə xeyir-duasından böyük sevinc,xoşbəxtlik ola bilməz.Mənə öz peşəmi sevdirən məhz bu amillərdir.Pərvin həkim haqqında onun otağının qarşısında durub səbrlə növbə gözləyən xəstələrin danışdıqlarından,onların həkimin ünvanına söylədiyi xeyir-duadan bir daha başa düşdüm ki, hər bir xəstənin ümid və inam yeridir Pərvin həkim.Bəli,Pərvin Məmmədov haqqında eşitdiklərimizdən belə qənaətə gəlmək olar ki, onun varlığı, hər bir dəqiqəsi insan həyatı üçün dəyərlidir,vacibdir.Onların hər biri onun şəfalı əllərindən sağlamlıq payı umur.Və inanırlar ki, öz hisslərində yanılmayıblar.Bəli,dəyərli oxucular!Haqqında sizə bəhs etdiyim həkim Pərvin Məmmədov olduqca səmimi və xeyirxah insan, xeyirxah olduğu qədərq də öz işinə bütün varlığı ilə bağlı olan dəyərli həkimdir.Onun əlinin şəfasından xeyir görənlər onu Bizim Əlləri şəfalı Pərvin həkim adlandırmaqda heç də yanılmayıblar.Bütün insani keyfiyyətlərə malik olan Pərvin Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar arzulayır, şəxsi həyatında xoşbəxtlik,ailə səadəti, çətin və məsuliyyət tələb edən peşəsində səbr diləyirəm.
9-09-2024, 11:24
FHN Gəncədə gecə təlimi keçirib
9-09-2024, 09:00
ŞİRVAN xəstəxanası
18-05-2024, 15:13
Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu
18-05-2024, 14:49
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:07
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?
18-05-2024, 13:46
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
18-05-2024, 12:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18-05-2024, 11:54
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 09:36
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 09:01
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:36
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
17-05-2024, 19:38
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
17-05-2024, 18:58
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
17-05-2024, 18:26
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
17-05-2024, 17:45
Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat
17-05-2024, 17:08
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 16:32
Futbol oyunları vaxtı baş məşqçilər VAR-a müraciət tələb edə biləcəklər
17-05-2024, 13:59
“The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir
17-05-2024, 12:59
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
17-05-2024, 12:31
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
17-05-2024, 12:19
QARANLIQ DÜNYAMIZA AYDINLIQ GƏTİRƏN AĞ XALATLI HƏKİM - BİZ SİZƏ MİNNƏTDARIQ
17-05-2024, 11:58
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
17-05-2024, 11:57
İşini vicdanla yerinə yetirən Xəqani Əhmədov
17-05-2024, 11:17
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
17-05-2024, 10:45
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
17-05-2024, 09:56
YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA
17-05-2024, 09:22
İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?