“Qayıdış”ımız Ermənistanda xof yaratdı – “Nizə”lər qabağa
Gündəm / Hadisə
Oxunub: 6
27 Nis 2024 | 15:31
“Qayıdış”ımız Ermənistanda xof yaratdı – “Nizə”lər qabağa

2023-cü ilin noyabrında anti-erməni təbliğatına qarşı mübarizə məqsədilə yaradılan “Qeqard” elmi-analitik fondu (erməni dilindən tərcümədə “Nizə” deməkdir) daha bir cəfəngiyyatla gündəmə gəlib. Bu gün - aprelin 27-də Azərbaycanda “Qərbi Azərbaycana qayıdış” adlı məktəb olimpiadasının keçirilməsi planları erməni “nizəçilərinin” xoşuna gəlməyib.


“Təşkil olunmuş məktəb olimpiadası Azərbaycan hakimiyyətinin Ermənistana qarşı təcavüzkar və qanunsuz planlarından əl çəkmək niyyətində olmadığının sübutudur. Bütün bunlar Azərbaycanın uşaqlıqdan öz xalqına anti-erməni nifrətinin necə aşılanmasının göstəricisidir və eyni zamanda sübut edir ki, Azərbaycan hakimiyyəti Ermənistanla bağlı təcavüzkar və qanunsuz planlarından əl çəkməyəcək”, - deyə fonddan açıqlama verilib.


Qeyd edək ki, “Qərbi Azərbaycan” ifadəsi uzun müddətdir Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və Azərbaycan hökumətinin tarixi ədalətin bərqərar olmasına yönəlik addımları fonunda, erməni təbliğatçıları arasında dəhşət və qorxu hissi yayır. Bu, danılmaz faktdır.


Ermənistanın indiki paytaxtının əsası XVI əsrin əvvəllərində Şah İsmayıl Səfəvinin sərkərdəsi Rəvanqulu xan tərəfindən qoyulub. Sonralar bu torpaqlarda İrəvan xanlığı yarandı - Nadir şah Əfşar imperiyasının süqutu nəticəsində yaranmış Azərbaycan dövlətlərindən biri. İrəvan xanlığı 19-cu əsrin birinci rübündə Rusiya imperiyası tərəfindən işğal edildi və mövcudluğunu dayandırdı.


1918-ci ilin mayında aparıcı dövlətlərin təzyiqi nəticəsində İrəvan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri tərəfindən Ermənistana verildi və yeni yaradılmış respublikanın dünyada tanınması üçün Azərbaycanı buna məcbur etdilər. 1920-ci ildə Sovet Azərbaycanının rəhbərliyi Sovet Rusiyasının təzyiqi ilə Zəngəzurun qərb hissəsinin Sovet Ermənistanına verilməsinə razılıq verdi. Beləliklə, dədə-baba Azərbaycan torpaqlarında süni şəkildə erməni dövləti yaradıldı.


Yüzminlərlə azərbaycanlı 1948-1953 və 1988-1991-ci illərdə, vaxtilə mütləq çoxluq təşkil etdiyi Ermənistan ərazisindən qovulub. Qarabağ münaqişəsi 20-ci əsrin sonlarında azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması ilə başlayıb. Nəhayət, Qarabağ münaqişəsinin sona çatması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş proseslər fonunda, azərbaycanlıların Ermənistan Respublikası ərazisindəki öz doğma torpaqlarına - Qərbi Azərbaycana qayıtması imkanı yaranır.


İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasının təmin edilməsi konsepsiyası beynəlxalq hüquqa, müvafiq milli qanunvericiliyə, tarixi faktlara əsaslanır və ədalətin, sülhün bərqərar olmasına xidmət edir. Belə ki, Qərbi Azərbaycan İcmasının 2023-cü il martın 11-də Ermənistanın Baş naziri Nikol Paşinyana göndərdiyi məktubda icmanın qayıdış prosesinə sülh yolu ilə nail olmaq əzmində olduğu və onun həyata keçirilməsi üçün dialoq yolunu seçdiyi vurğulanır.


Qərbi Azərbaycan icması Paşinyanı əmin edib ki, azərbaycanlıların öz evlərinə sülh yolu ilə qayıtmaq tələbləri Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə iddialar demək deyil.


44 günlük müharibədə qələbədən sonra ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyan Azərbaycan regionda davamlı sülhün bərqərar olması, sülh müqaviləsinin bağlanması və Ermənistanla münasibətlərin normallaşdırılması, bütün kommunikasiyaların açılması üçün böyük səylər göstərir. Təbii ki, regionda sülhün, sabitliyin və çoxtərəfli əməkdaşlığın təntənəsi şəraitində qaçqınların, o cümlədən yüz minlərlə azərbaycanlının Qərbi Azərbaycana - öz keçmiş yaşayış yerlərinə qayıtması üçün tarixi şans yaranacaq.


Beləliklə, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı mövzusu sülh prosesinin elementlərindən biri kimi müəyyən olundu. Azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq hüququnun tanınması Azərbaycan ilə Ermənistan arasında etimadın möhkəmləndirilməsinin mühüm vasitələrindən biridir. Çünki göz qabağındadır ki, bu hüquq təmin edilmədən Azərbaycanla Ermənistan arasında tam barışıq ola bilməz.


Bu baxımdan “Qərbi Azərbaycana qayıdış” mövzusunda məktəb olimpiadasının keçirilməsi heç bir halda Ermənistana qarşı təcavüzün təzahürü ola bilməz. Erməni təbliğatçıları nəhayət dərk etməlidirlər ki, azərbaycanlıların Qərbi Azərbaycana qaytarılması prosesi qaçılmazdır. Və təkrar edirik, bütün bunlar sırf sülh yolu ilə baş verəcək. Geri qayıtmaq hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq sənədlərdə təsbit edilib.


Prezident İlham Əliyevin 2023-cü ilin yanvarında Azərbaycan televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, “Ermənistanın monodövlət damğasını silməsi yaxşı olardı. Bunun ən yaxşı və ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasıdır”.


Gördüyümüz kimi, söhbət tarixi ədalətə nail olmaq istəyi və əzmindən - insanların öz tarixi yurdlarına qayıtmasından gedir. Və “Qeqard” kimi təşkilatların bəyanatları Ermənistanın Azərbaycana qarşı düşmən mövqeyinin hələ də dövlət siyasətinin tərkib hissəsi olaraq qaldığını və dinc yanaşı yaşama, mehriban qonşuluq anlayışlarının ona yad olduğunu göstərir.


ayna.az
9-09-2024, 11:24
FHN Gəncədə gecə təlimi keçirib
9-09-2024, 09:00
ŞİRVAN xəstəxanası
18-05-2024, 15:13
Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu
18-05-2024, 14:49
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:07
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?
18-05-2024, 13:46
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
18-05-2024, 12:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18-05-2024, 11:54
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 09:36
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 09:01
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:36
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
17-05-2024, 19:38
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
17-05-2024, 18:58
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
17-05-2024, 18:26
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
17-05-2024, 17:45
Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat
17-05-2024, 17:08
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 16:32
Futbol oyunları vaxtı baş məşqçilər VAR-a müraciət tələb edə biləcəklər
17-05-2024, 13:59
“The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir
17-05-2024, 12:59
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
17-05-2024, 12:31
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
17-05-2024, 12:19
QARANLIQ DÜNYAMIZA AYDINLIQ GƏTİRƏN AĞ XALATLI HƏKİM - BİZ SİZƏ MİNNƏTDARIQ
17-05-2024, 11:58
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
17-05-2024, 11:57
İşini vicdanla yerinə yetirən Xəqani Əhmədov
17-05-2024, 11:17
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
17-05-2024, 10:45
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
17-05-2024, 09:56
YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA
17-05-2024, 09:22
İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?