“Bakı Sığorta” vətəndaşları aldadır - FOTOFAKT
Gündəm / Cəmiyyət
Oxunub: 6
29 Nis 2024 | 17:36

"Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır" şüarlı reklamlarla tez-tez qarşılaşırıq.


Bəli, bu şüara aldanıb hamı özünü qəza və hadisələrdən sığortalayır.


Lakin hadisə baş verdikdə qəzaya hazırlıq vəd  edən bəzi sığorta şirkətlərinin sığorta pulunu ödəməkdən boyun qaçırmaq üçün bəhanələri saya gəlmir.


Vətəndaş Qocayev Sərxan “Bakı Sığorta” şirkətindən redaksiyamıza şikayət məktubu ünvanlayıb. Vətəndaşın iddiasına görə O, “Bakı Sığorta” şirkətinin yalan vədlərinin qurbanına çevrilib.Məktubda vətəndaş “Bakı” Sığorta şirkəti  tərəfindən aldadıldığını, hüquqlarının pozulduğunu iddia edir.  Öz şəxsi avtombilini sığorta etdirən Qocayev Sərxan  bu ilin mart ayının 30 -da Bakı-Qazax yolunda   qəzaya düşüb.  Hadisə nəticəsində Qocayev Sərxanın avtomobilinə 21 min manat civarında ziyan dəysə də, “Bakı Sığorta” burada da öz xeyrinə işləməyi bacarır. Dəyən ziyan 12 min manat hesablanır. Maşına dəymiş zərəri öz servislərində aradan qaldırmaq adı ilə külli miqdarda vəsaiti mənimsəyirlər.


Sonradan həmin pul sığorta şirkətində kimlərin  cibinə qayıdır, bax bu müəmmalı suala cavab axtarışındayıq.


“Bakı Sığorta” şirkətinin müdiri Natiq Quliyev görəsən rəhbərlik etdiyi şirkətin özbaşınalıqlarından xəbərdardırmı???


Hər halda, şirkətdə cərəyan edən hadisələr müdir subyektindən kənar baş vermir.


Maraqlıdır, “Bak Sığorta” şirkətinin rəhbərliyi kimə və nəyə güvənərək Azərbaycan Respublikasının qanunların kobud sürətdə pozur? vətəndaşlara hər hansı ziyan dəyəndə onların zərərini qarşılamaq istəmirlər. Halbuki həmin pullar vətəndaşlardan yığılır.
Sərxan Qocayevə məxsus avtomobilə dəyən ziyanın 21 min manat civarında olduğunu “Atəşgah”  Sığorta təsdiqləyir. “Atəşgah” sığortanın dəyən ziyanın məbləğini təsdiqləməsinə baxmayaraq, “Bakı Sığorta” dəyən ziyanı inkar edir. Tərkibində olan avtoservislə əlbir olaraq qiymətləndirməni 12 min manat hesablayır.


Avtomobilinə ziyan dəyən şəxsin öz müraciət etdiyi servis və “Atəşkah” sığortanın hər ikisinin dəyən zərərə verdiyi qiymət 20150 manat olduğu halda, “Bakı Sığorta” məbləği öz xeyrinə dəyişir.

 Qeyd edək ki, avtomobilin həm icbari, həm kasko sığortası var.


Sərxan Qocayevə məxsus  “Range Rover “ markalı  avtomobil öz servisində diaqnostika olunub, təmir olunmalıdır. Avtomobilə düzgün diaqnoz qoyulması üçün müvafiq təlim keçmiş ixtisaslı ustaların və orijinal ehtiyat hissələrinin olduğu rəsmi servisə yönləndirilməli idi.  Lakin hər fürsətdə öz çıxarını güdən, mənfəət arxasınca sürünən sığorta şirkəti vətəndaşı aldatmaq üçün min cür yalana əl atır.


Bu artıq insanlıqdan, işin peşəkarlığından kənar bir hərəkətdir.


 “Bakı Sığorta” sayəsində qəza baş verdikdə sığortalı həyatın heç də qəzaya hazırlıqlı həyat olmadığınının şahidi olduq. Bu neqativ halla, sığorta şirkətinin öhdəliklərini yerinə yetirmədiyi faktına vətəndaş Qocayev Sərxanın başına gələn hadisədə əyani şahid olduq.


Müxtəlif üsullarla pul qazanmaq istəyi əksər sahələrə təzahür etdiyi kimi, sığorta şirkətlərindən də yan keçmir. “Bakı” Sığorta şirkəti də vətəndaşları aldatmaq, maxinasiyalar etmək üsulu  ilə asan pul qazanır.


Onu da vurğulayaq ki, “Bakı Sığorta” şirkəti ən çox şikayət olunan sığorta şirkətləri siyahısında ön sıralardadır.(Azerinews.az)

9-09-2024, 11:24
FHN Gəncədə gecə təlimi keçirib
9-09-2024, 09:00
ŞİRVAN xəstəxanası
18-05-2024, 15:13
Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu
18-05-2024, 14:49
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:07
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?
18-05-2024, 13:46
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
18-05-2024, 12:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18-05-2024, 11:54
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 09:36
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 09:01
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:36
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
17-05-2024, 19:38
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
17-05-2024, 18:58
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
17-05-2024, 18:26
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
17-05-2024, 17:45
Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat
17-05-2024, 17:08
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 16:32
Futbol oyunları vaxtı baş məşqçilər VAR-a müraciət tələb edə biləcəklər
17-05-2024, 13:59
“The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir
17-05-2024, 12:59
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
17-05-2024, 12:31
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
17-05-2024, 12:19
QARANLIQ DÜNYAMIZA AYDINLIQ GƏTİRƏN AĞ XALATLI HƏKİM - BİZ SİZƏ MİNNƏTDARIQ
17-05-2024, 11:58
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
17-05-2024, 11:57
İşini vicdanla yerinə yetirən Xəqani Əhmədov
17-05-2024, 11:17
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
17-05-2024, 10:45
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
17-05-2024, 09:56
YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA
17-05-2024, 09:22
İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?