“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?
Gündəm / Cəmiyyət
Oxunub: 2
2 Mayıs 2024 | 14:54
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?



Dövlət Əmək Müfəttişliyi  və Dövlət Vergi Xidməti,Qida Agentliyi hara  baxır ?    

Öncə ondan başlayaq ki, özümüz də digər minlərlə alıcı kimi “Veysəloğlu”nun marketlərinin alıcısıyıq.
Bu şirkətin marketlərində  bağlı  ərzaq məhsullarını, mineral suların butulkalarını toz basır. Dəfələrlər demişik ki, bu məhsulların barı tozunu alın, axı bu antisanitariyadır. Nə desələr yaxşıdır ? İşçilərimiz çatışmır.
Bəli, “Veysəloğlu”  şirkəti norma  üzrə  2-3 nəfərin yerinə 1 nəfəri işlədir. Özü də necə işlədir ?
Deməli, işçilərin  həftəlik iş saatı 72 saatdır. Bu gündə 10 saatdan çox eləyir.
Ey  Veysəlin oğlu,  başa düşmürsən ki, dünyada 8 saatdan artıq iş günü  100 il əvvəl ləğv olunub. İndi isə müasir, sivil dünya  5, hətta 4  günlük iş həftəsinə keçməyə, gündəlik  5-6 saat iş normasına hazırlaşır.


Sən fil qulağında yatmısan, ay Veysəloğlu. 

Həm də vətəndaşları bu şərtlər altında işlətmək bir başa cinayətdir. Heç orta əsrlərdə  qulları belə işlətməyiblər.
Digər tərəfdən  işçilərin bir qismi ilə əmək müqaviləsi bağlanmır, bağlananda isə, qara mühasibatlığa üstünlük verilir. Əmək haqları kağız üzərində bir cür,  realda isə başqa cür olur. Deməli, “Veysəloğlu”da vergidən  yayınma adi hal sayılır. Bəs Vergilər Xidməti hara baxır ? 
Demək olar ki,  “Veysəloğlu”  şirkətinin bütün marketlərində, “Araz”da, “Oba”da, “Favorit”də, “Spar”da  eyni mənzərənin şahidi oluruq. 
Görəsən, bu qədər nöqsanların, maxinasiyaların olduğu şirkətdə Veysəlin oğluna niyə söz deyən tapılmır. 


Kimdir, bu Veysəloğlu ?

Məlumat üçün qeyd edək ki, 1994-cü ildən fəaliyyət göstərən Veysəloğlu  Şirkətlər  Qrupu bu gün ölkədə 100-dən artıq fabrikə, mağazalar şəbəkəsinə, hətta “Ulduz” şokolad fabrikinə və digər obyektlərə sahibdir.  Amma təəssüf ki, bu boyda şirkətin  xidməti və məhsulları  nəinki müasir tələblərə, heç orta səviyyəyə də uyğun deyil.
Şirkətin istehsal etdiyi  şokoladların içindən nələr çıxmır? 
Şirkətə məxsus  Araz, Oba və digər şəbəkələrində malların vitrində, yəni üstündə  bir qiymət, kassada başqa qiymət olur. Yəni müştərilər açıq-aşkar aldadılır.
Sizin marketlərdə balıq məhsullarının son istifadə müddəti ilə bağlı məlumat yoxdur. Bu çox təhlükəli məsələdir.
Görəsən,  ölkənin ərzaq sektorunda ciddi paya malik olan bu şirkətin sahibi  Aydın Talıbov  kimdir, nəçidir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Vergi Xidməti orqanları  “Veysəloğlu”ya qanunların sərt üzünü göstərə bilmir ?
Bəlkə, “Veysəloğlu”nun marketlərində ABŞ dollarının xırdalanmasından bəhs edək.
Axı, Veysəloğlu  şirkəti  “obmen valyuta” deyil,  bank deyil. Digər tərəfdən  ölkənin milli valyutası  sizin üçün yetərli deyil ?
Cənab Prezident dəfələrlə monopolist şirkətlərə qarşı, süni qiymət artımına qarşı öz sözünü  deyib. Amma Veysəloğlu  deyəsən eşitmək istəmir. 
Atalar deyib ki, sözünü o kəslərə de ki, səni eşitmək istəmir. Biz də sözümüzü  Veysəloğluna deyirik.
Qulağındakı pambığı çıxart, Veysəloğlu. Qapı döyülür…(Anaxeber.info)
P.S.  Veysəloğlu şirkətinin maliyyə müdiri Nüsrət müəllimin dəyəri 100 milyonlarla ölçülən obyektlərindən və 20 min manat olan aylıq məvacibindən növbəti yazıda geniş bəhs edəcəyik.

9-09-2024, 11:24
FHN Gəncədə gecə təlimi keçirib
9-09-2024, 09:00
ŞİRVAN xəstəxanası
18-05-2024, 15:13
Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu
18-05-2024, 14:49
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:07
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?
18-05-2024, 13:46
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
18-05-2024, 12:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18-05-2024, 11:54
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 09:36
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 09:01
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:36
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
17-05-2024, 19:38
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
17-05-2024, 18:58
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
17-05-2024, 18:26
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
17-05-2024, 17:45
Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat
17-05-2024, 17:08
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 16:32
Futbol oyunları vaxtı baş məşqçilər VAR-a müraciət tələb edə biləcəklər
17-05-2024, 13:59
“The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir
17-05-2024, 12:59
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
17-05-2024, 12:31
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
17-05-2024, 12:19
QARANLIQ DÜNYAMIZA AYDINLIQ GƏTİRƏN AĞ XALATLI HƏKİM - BİZ SİZƏ MİNNƏTDARIQ
17-05-2024, 11:58
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
17-05-2024, 11:57
İşini vicdanla yerinə yetirən Xəqani Əhmədov
17-05-2024, 11:17
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
17-05-2024, 10:45
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
17-05-2024, 09:56
YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA
17-05-2024, 09:22
İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?