Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Gündəm / Cəmiyyət
Oxunub: 7
3 Mayıs 2024 | 16:05
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Son günlər paytaxt sakinləri taksi qiymətlərinin bahalaşmasından şikayətlənir. Hətta bəzi sürücülər qiymətlərin 5 manatdan başlayacağını da iddia edirlər. Qiymətlərin bahalaşmasına isə bir neçə səbəb göstərirlər.


Taksi üçün nəzərdə tutulmuş mobil proqramlara nəzər yetirsək, əvvəllər 1.50 azn-dən başlayan qiymətlər hazırda 2.50-dən başlayır. Bu qiymət günün saatlarına uyğun olaraq dəyişir. Paytaxt ərazisindən günün bütün saatlarında tıxac yarandığını nəzərə alsaq, deməli, taksidən istifadə etmək üçün ən azı 4 manatınızdan keçməlisiniz.


Maraqlıdır, buna səbəb nədir? Bakıda taksi qiymətləri niyə qalxır?


Lent.az taksi fəaliyyətində baş verən dəyişikliklər barədə araşdırma aparıb.


Qiymətlərin bahalaşmasını bir neçə səbəblə əsaslandırırlar. Taksi xidməti göstərən avtomobillərin sayının kəskin azalması, Nazirlər Kabinetinin iyunun 1-ə verdiyi qərar və daha nələr-nələr...


Nazirlər Kabinetinin yeni qərarında nə var?


1. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək.


2. Avtomobilin istehsal tarixi 8 ildən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin. Çünki qanunvericiliyə görə, taksilər üçün buraxılış kartı 7 il müddətinə verilir.


3. Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər.


4. Taksilərin salonunda videokameralar olmalıdır.


5. Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır.


6. Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır.


Elə taksi fəaliyyətinə qadağa qoyulması ilə əlaqədar bir çox sahibkar köhnə avtomobillərini kütləvi şəkildə satışa çıxarıb. Digər bir səbəb isə odur ki, taksi operatorları 2007-ci və ondan aşağı ildə istehsal olunan avtomobilləri artıq reklamlı avtomobillər kimi qəbul etmir. Belə olan halda isə sahibkarlar həmin avtomobilləri satışa qoyur.


Bütün bu sadaladıqlarımız taksi xidməti göstərən avtomobillərinin sayının kəskin azalmasına səbəb olur. Bu da öz növbəsində taksi qiymətlərinin bahalaşmasına zəmin yaradıb.


Bəzi mütəxəssislər də yeni qərarın taksi parkında avtomobillərin sayını azaldaraq, qiymətləri artıracağını düşünür. Çünki Azərbaycanda taksi xidməti son 10-15 ildə qiyməti artmayan, əksinə, ucuzlaşan yeganə xidmət hesab olunduğunu deyə bilərik. Bir-biri ilə əlaqəli olan bu xidmətlər ölkədə işsizlərin sayına da ciddi təsir edəcək.


Yeri gəlmişkən bildirək ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ötən il bu qərarın hazırlanması prosesində bildirib ki, “taksi sürücülərinin iş saatlarının 8 saatadək azaldılması və qiymətlərin qaldırılması hesabına, sürücülər nə gəlirlərindən, nə də iş yerlərindən məhrum olacaqlar”.


Bəs, sürücülər nə düşünür?


Taksi xidməti sahəsində fəaliyyət göstərən sahibkarlar arasında aparılan sorğuya əsasən, hər kəs bu qaydalardan şikayətlənir.


Sürücü İlqar Məmmədov 10 il işsiz olduğunu və ailəsini taksi ilə dolandırdığını deyib:


“Mən illərdi işsizəm. Çörəkpulum bu maşından çıxır. Yeni qərarla iyunun 1-dən bu maşından istifadə edə bilmərəm. Arzulayıram bir möcüzə olsun”.


20 ildir taksi fəaliyyəti ilə məşğul olan Çingiz Əhmədov isə bundan sonra nə edəcəyini bilmir:


“Hələ ki oturub düşünürəm, görüm nə edəcəm. 20 ildir bu işdəyəm”.


Sürücü Qafar Abdullayev təzə maşınla taksi işləməyin sürücüyə sərf etməyəcəyini deyib:


“Ay qızım, mən necə təzə maşınla taksilik edim? Heç onun ehtiyat hissələrini çatdırmaram. Məcbur çıxıb evdə oturacam, iş axtaracam”.


“Borc-xərc edib maşını dəyişsəm də, elə tələblər qoyublar ki, ona gücüm çatmaz” – bu sözləri qərardan sonra sürücülükdən imtina edən Elşən Əliyev deyir:


“Şəhadətnamə, kamera, buraxılış kartı istəyirlər. Şəhadətnamə almaq üçün 76 manat rüsum var. Mən bunların hamısını necə ödəyim?”.


Taksi sürücülərinin almalı olduğu şəhadətnamə nədir?


“Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi minik avtomobili sürücüləri etik davranış qaydaları və avtomobil nəqliyyatı ilə sərnişin daşınmanı tənzimləyən hüquqi aktlara dair xüsusi təlim keçməlidir. Bu təlimlərdə sürücülərə etik davranış qaydaları, sürücü-sərnişin münasibətləri, ilk tibbi yardım, normativ hüquqi aktlar, şəhərin tanınması, maşında nələrin olması, necə idarə olunmasına dair və digər bu kimi məlumatlar öyrədilir.


Təlim 4 gün keçirilir, 5-ci gün sürücülər imtahan verir. Bu təlimi keçməyən sürücülər digər bütün göstəricilərə uyğun gəlsələr də, taksi fəaliyyəti üçün buraxılış kartı ala bilməzlər. Təlim ödənişlidir və qiyməti 76 azn müəyyənləşdirilib.


Buraxılış vəsiqəsi, buraxılış kartı nədir?


Nazirlər Kabinetinin qərarına əsasən buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” qanuna əsasən, buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.


Bütün bunları nəzər yetirib, ümumi nəticəyə gəlsək, iyulun 1-dən etibarən taksi fəaliyyəti ilə məşğul olan şəxslər minimum 226 manat xərcləməlidir. Əgər maşını 15 ildən çox müddətdə istifadə edilibsə, necə deyərlər: “vay o adamın halına”.

9-09-2024, 11:24
FHN Gəncədə gecə təlimi keçirib
9-09-2024, 09:00
ŞİRVAN xəstəxanası
18-05-2024, 15:13
Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu
18-05-2024, 14:49
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:07
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?
18-05-2024, 13:46
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
18-05-2024, 12:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18-05-2024, 11:54
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 09:36
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 09:01
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:36
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
17-05-2024, 19:38
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
17-05-2024, 18:58
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
17-05-2024, 18:26
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
17-05-2024, 17:45
Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat
17-05-2024, 17:08
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 16:32
Futbol oyunları vaxtı baş məşqçilər VAR-a müraciət tələb edə biləcəklər
17-05-2024, 13:59
“The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir
17-05-2024, 12:59
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
17-05-2024, 12:31
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
17-05-2024, 12:19
QARANLIQ DÜNYAMIZA AYDINLIQ GƏTİRƏN AĞ XALATLI HƏKİM - BİZ SİZƏ MİNNƏTDARIQ
17-05-2024, 11:58
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
17-05-2024, 11:57
İşini vicdanla yerinə yetirən Xəqani Əhmədov
17-05-2024, 11:17
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
17-05-2024, 10:45
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
17-05-2024, 09:56
YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA
17-05-2024, 09:22
İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?