ƏSL ZİYALILIQ XEYİRXAHLIQDIR
Gündəm
Oxunub: 93
4 Mayıs 2024 | 11:33
Bilmirəm,nədənsə,həmişə Müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis əməl sahibləri gəlir.Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm.Ancaq nə yaxşı ki,yaxşı əməl sahibləri daha çox yadıma düşür.Məhəmməd Peyğəmbərin bir kəlamında deyilir: 
_Dünyəvi həyat əkin kimidir,onun məhsulu o dünyada yeyilir.Bu o deməkdir ki,bu dünyada yaxşılıq edin ki,o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır.Səxavətli insan Allaha, xalqa, behiştə yaxın,cəhənnəmdən uzaqdır.Paxıl və xəbis insan isə Allahdan, xalqdan,behiştdən uzaq,cəhənnəmə yaxındır.Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.Bu müdrik kəlamları elə-belə xatırlamadım.Yazımın konkret ünvanı var.İnsanlara daim yaxşılıq edən bir insan haqqında danışmaq istəyirəm.O insandan ki,amalı,məqsədi, əqidəsi ancaq yaxşılıq etməkdi,dara düşən,çətinliyə düçar olan insanların dadına çatır,heç kəsi naümid qaytarmır.Bu sözü,əməli,fikri xeyirlə yoğrulmuş insan Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Həmid Qalayevdir O,vətəninə,xalqına,torpağına bağlı bir insan,ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır.Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Həmid Qalayevin sözünün əvvəli-axırı insandır.İnsanın dərdi,kamilliyi,qəhrəmanlığı,naqisliyi,nadanlığıdır.Bütün insanlar yaxşı əməl sahibi,xeyirxah olsaydı faciələr törənməz,qanlar axıdılmaz, ölkələr viran,uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Həmid müəllim.Yaxşı insan və xeyirxah əməl ölməzdir.Nəcib, xeyirxah insanlar əməlləri,qurub yaratdıqları,nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir,xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir.Həmid Qalayev bütün işçi kollektivinin hər zaman sözünü səbrlə dinləyir,hər birinə əlindən gələn köməkliyi göstərir,heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır.Sadəlik insanın gözəlliyi,təvazökarlıq isə təbiəti,xarakteridir.Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Həmid müəllimdə var.Heç nəyə biganə yanaşmır,hər zaman şəhid ailələrinə,qazilərə,aztəminatlı insanlara xüsusi qayğı göstərir,heç kəsdən bacardığı köməkliyi əsirgəmir.Bəli,hər bir kəsə öz doğma insanı kimi dəyər verən Həmid müəllim onların hər birinə ata qayğısı ilə yanaşır,səmimi rəftar edir.Həmid Qalayev sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür.İllər keçib,zaman dəyişsə də Həmid müəllim dəyişməz qalır.Onun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir.Heç zaman jurnalistlərdən qaçmaz,onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır.Ən əsas xüsusiyyəti isə dəqiqliyi,qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır,yalan məlumatlar cəmiyyətə,insanlara və gələcək nəsillərə zərər gətirər deyə tövsiyyə edir.Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Həmid müəllimin dəyişməz xarakterli olması,hər kəsə eyni gözlə baxması,etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi,heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Həmid Qalayevə uca Tanrıdan cansağlığı,uzun ömür,ailə səadəti diləyir,möhtərəm prezidentimiz İlham Əiliyev cənablarının rəhbərliyi altında göstərdiyi fəaliyyətində uğurlar arzulayıram
9-09-2024, 11:24
FHN Gəncədə gecə təlimi keçirib
9-09-2024, 09:00
ŞİRVAN xəstəxanası
18-05-2024, 15:13
Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu
18-05-2024, 14:49
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:07
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?
18-05-2024, 13:46
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
18-05-2024, 12:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18-05-2024, 11:54
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 09:36
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 09:01
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:36
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
17-05-2024, 19:38
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
17-05-2024, 18:58
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
17-05-2024, 18:26
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
17-05-2024, 17:45
Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat
17-05-2024, 17:08
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 16:32
Futbol oyunları vaxtı baş məşqçilər VAR-a müraciət tələb edə biləcəklər
17-05-2024, 13:59
“The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir
17-05-2024, 12:59
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
17-05-2024, 12:31
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
17-05-2024, 12:19
QARANLIQ DÜNYAMIZA AYDINLIQ GƏTİRƏN AĞ XALATLI HƏKİM - BİZ SİZƏ MİNNƏTDARIQ
17-05-2024, 11:58
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
17-05-2024, 11:57
İşini vicdanla yerinə yetirən Xəqani Əhmədov
17-05-2024, 11:17
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
17-05-2024, 10:45
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
17-05-2024, 09:56
YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA
17-05-2024, 09:22
İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?