Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...
Gündəm / Cəmiyyət
Oxunub: 3
7 Mayıs 2024 | 09:24
Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...

Roma Aliyev adlı sosial şəbəkə istifadəçisi ötən gün “Facebook” səhifəsində Zaqatala rayon Mərkəzi Xəstəxanası ilə bağlı müzakirələrə səbəb ola biləcək ilginc məlumatlar paylaşıb. Paylaşımda rayon Xəstəxanasının direktor Tamara Nurəliyeva özbaşına əməllərindən bəhs edilir. https://www.facebook.com/srmxphsh/?locale=az_AZ
Yenixeber.org: Sözügedən paylaşımı müəyyən redaktələrlə, amma məzmununu olduğu kimi saxlamaq şərti ilə diqqətinizə çatdırır.
“Zaqatala rayon Mərkəzi Xəstəxanası demək istərdim, amma xəstəxana deyil, başqa bir yerdə çevrilib. Rüşvətxorluq bazar və xaos… Xəstəxanadan başqa hər şey var burda. Bunu da yardan əlbəttdə ki direktor Tamara Nuraliyeva və müavini Emil Rüstəmovdur. Burda o qədər qanunsuzluqlar var ki, Prokurorluğa verilən iş indi Korpusiyaya təhvil verilib. Bele olduqda Tamara xanım başladı xəstəxandan pul yiğmaga. Yəni söhbəti bağlamaq üçün 250 min manat pul yiğmalıdı. Bunu da bütün burda işləyənlərin belindən çıxartmaq istəyir. Tamara və Emil anbarları satıb sovurdu özlərinə evlər şəraitlər qurdu, işi bağlamq istəyəndə isə işçilərin aldığı bir-iki qəpik maaşlarına göz dikdi. Bu ikili indi hər bir şobəyə müəyyən məbləğlərin yiğlması üçün tapşırıqlar verib.
Yəni bu 250 min manat pulu yiğmaq üçün bütün xəstəxananı ayağa qaldırıb. Cərrahları, həkimləri, tibb bacılarını hamını çarmığa çəkir və tələb edir ki, pul yığılsın mən satdım sovurdum indi isə siz məni bu vəziyyətdən çıxarın. Kefi çəkən sən, satan sən, dövlətin malını mənimsəyən sən, külli miqdarda yeyinti edən sən, pulu niyə bu millət yiğmalıdı ?
TƏBİB nə vaxta kimi göz yumacaq bunlara.
Direktor Tamara Nuraliyeva artıq o həddə çatıb ki… Cərrahlar Tamara tələb edən pulu vermədiyinə görə 7 mart 2024 cü il tarixində cərahiyə korpusda (Diaqnostikada) xəstə qeydiyyatını dayndırmışdı. Nəticədə xəstələr saatlarla gözlədi və sonda bezib özəl klinikalara getməli oldular.TƏBİB isə yatır fil qulağında.Tamara bura sənin şəxsi obyetin deyil ki, öz çirkin maraqlarınla idarə edəsən. Bura dövlətin balansında olan xəstəxandı millətin haqqına girməyə sənin ixtiyarın yoxdu”.
Qeyd edək ki, sözügedən paylaşıma şərh vermək fikrindən uzağıq. Lakin sosial şəbəkə istifadəçisi tərəfindən yayılan bu ittihamlarin araşdırılmasına ciddi ehtiyac olduğunu düşünürük. Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva 250 min manatı nə üçün toplamaq istəyirmiş? İddia olunan məbləğ toplanıbmı? Sözügedən pullar nə üçün və kimə verilməli imiş? Təbii ki, bu kimi qaranlıq suallara aydınlıq gətirmək aidiyyatı qurumların, hüquq mühafizə orqanların səlahiyyətləri daxilindədir. Amma…
Aktualinfo.org Zaqatala rayon Mərkəzi Xəstəxanasında satınalmalar zamanı yol verilən bir sıra ciddi nöqsanlarla bağlı araşdırma aparır. Xəstəxanada “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsi, zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə keçirilən tender və kotirovka sorğularında saxtakarlıq hallarına yol verilməsi, habelə bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsi, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsi kimi hallara yol verilir. Bunula bağlı Mərkəzi Xəstəxananın Satınalma Komissiyasına sorğu məktubu ünvanlamışıq. Məktuba veriləcək cavabdan asılı olmayaraq yaxın günlərdə redaksiya araşdırmanı geniş ictimaiyyətə açıqlayacaq. (Aktualinfo.org)
9-09-2024, 11:24
FHN Gəncədə gecə təlimi keçirib
9-09-2024, 09:00
ŞİRVAN xəstəxanası
18-05-2024, 15:13
Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu
18-05-2024, 14:49
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:07
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?
18-05-2024, 13:46
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
18-05-2024, 12:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18-05-2024, 11:54
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 09:36
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 09:01
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:36
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
17-05-2024, 19:38
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
17-05-2024, 18:58
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
17-05-2024, 18:26
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
17-05-2024, 17:45
Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat
17-05-2024, 17:08
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 16:32
Futbol oyunları vaxtı baş məşqçilər VAR-a müraciət tələb edə biləcəklər
17-05-2024, 13:59
“The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir
17-05-2024, 12:59
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
17-05-2024, 12:31
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
17-05-2024, 12:19
QARANLIQ DÜNYAMIZA AYDINLIQ GƏTİRƏN AĞ XALATLI HƏKİM - BİZ SİZƏ MİNNƏTDARIQ
17-05-2024, 11:58
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
17-05-2024, 11:57
İşini vicdanla yerinə yetirən Xəqani Əhmədov
17-05-2024, 11:17
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
17-05-2024, 10:45
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
17-05-2024, 09:56
YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA
17-05-2024, 09:22
İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?