Beyrək Fərəcovun PULYIĞMA MEXANİZMİ - İTTİHAM VAR...
Gündəm / Cəmiyyət
Oxunub: 4
10 Mayıs 2024 | 10:53
Beyrək Fərəcovun PULYIĞMA MEXANİZMİ - İTTİHAM VAR...

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”


Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Beyrək Fərəcovun fəaliyyətindən ciddi narazılıq var. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, bu vəzifəni müvəqqəti icra edən direktorun davranışı 53 əməkdaşın narazılığına səbəb olub.Onların bildirdiyinə görə, direktor əvəzi iş prosesində əməkdaşları, xüsusən xanımları nalayiq sözlərlə təhqir edir, qanunlara məhəl qoymur, bu davranışına etiraz edənlərə isə "Bura mənim idarəmdir, burada mənim sözüm qanundur” deyir.Mərkəzin kollektivi direktor əvəzi vəzifəsini icra edən B.Fərəcovun fəaliyyətinin araşdırılması və tədbir görülməsi üçün səhiyyə naziri Teymur Musayevə məktubla müraciət edib.Müraciətdə bildirilir ki, direktor əvəzi əməkdaşlarla qeyri-insani davranır, onları qanunsuzluğa vadar edir, işdən çıxarmaqla hədələyir. Bunun üçün müxtəlif bəhanələrdən istifadə edən B.Fərəcov müxtəlif bəhanələrlə işçilər barədə akt tərtib edir və bu akt əsasında onları işdən çıxaracağı ilə hədələyir. İşlədiyi müddətdə heç bir qanunsuzluğa yol verməyən işçiləri belə incidən direktor əvəzi idarənin tabeliyində olan xidməti avtomobildən şəxsi məqsədləri üçün istifadə edir.Mərkəz əməkdaşlarının ölkəmizdə COVID-19-la mübarizə tədbirləri çərçivəsində fasiləsiz əməyini belə dəyərləndirməyən B.Fərəcov idarəyə məxsus avtomobillərin əməkdaşların şəxsi vəsaiti hesabına təmirini tələb edir və qeyri-qanuni qazanc yolları tapır. Belə ki, o, idarənin səlahiyyətindəki dezinfeksiya və digər xidmətləri həyata keçirən əməkdaşların əməkhaqqına da göz dikib. Hər ay əməkhaqqı ödənildiyi zaman əməkdaşların hər brindən 10 AZN qanunsuz ödəniş tələb edir.İdarə əməkdaşlarının bildirdiyinə görə, direktor hər dəfə onlardan pul toplamaq üçün əlavə "problemlər” yaradır, demək olar ki, bütün xərcləri onların vəsaiti hesabına təmin edir: Baxmayaraq ki, bütün bu məqsədlər üçün idarəyə vəsait ayrılır, ancaq direktor vəzifəsini icra edən Beyrək Fərəcov hər dəfə işçilərdən pul yığılmasını tələb edir.Əməkdaşlar B.Fərəcovun qanunsuz fəaliyyətinin ciddi araşdırılacağına və son qoyulacağına ümid edirlər.(Bakufakt.az)
9-09-2024, 11:24
FHN Gəncədə gecə təlimi keçirib
9-09-2024, 09:00
ŞİRVAN xəstəxanası
18-05-2024, 15:13
Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu
18-05-2024, 14:49
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:07
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?
18-05-2024, 13:46
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
18-05-2024, 12:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18-05-2024, 11:54
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 09:36
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 09:01
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:36
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
17-05-2024, 19:38
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
17-05-2024, 18:58
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
17-05-2024, 18:26
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
17-05-2024, 17:45
Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat
17-05-2024, 17:08
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 16:32
Futbol oyunları vaxtı baş məşqçilər VAR-a müraciət tələb edə biləcəklər
17-05-2024, 13:59
“The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir
17-05-2024, 12:59
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
17-05-2024, 12:31
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
17-05-2024, 12:19
QARANLIQ DÜNYAMIZA AYDINLIQ GƏTİRƏN AĞ XALATLI HƏKİM - BİZ SİZƏ MİNNƏTDARIQ
17-05-2024, 11:58
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
17-05-2024, 11:57
İşini vicdanla yerinə yetirən Xəqani Əhmədov
17-05-2024, 11:17
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
17-05-2024, 10:45
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
17-05-2024, 09:56
YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA
17-05-2024, 09:22
İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?