“Kapital Bank”dan 5 500 manat kredit götürdü, 19 min manat ödəniş edib, hələ də borcludur... - BU NƏDİ BELƏ?!
Gündəm / Cəmiyyət
Oxunub: 4
10 Mayıs 2024 | 16:04
“Kapital Bank”dan 5 500 manat kredit götürdü, 19 min manat ödəniş edib, hələ də borcludur... - BU NƏDİ BELƏ?!



Bakı şəhəri, Abşeron rayon sakini Abasova Məlahət Abbas qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, oğlunun xarici ölkədə təhsil alması üçün “Kapital Bank”dan 5 500 manat kredit götürüb, 19 min manatdan çox ödəniş etsə də, hələ də hər ay pensiyasından pul tuturlar:


“Mən, Abasova Məlahət Abbas qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda 1-ci qrup əlil olmuş Abasov Əli Ağacavad oğlunun həyat yoldaşıyam. Yoldaşım sürən xəstəlikdən bir müddət sonra rəhmətə getdi.


Oğlum 2019-ci ildə 11-ci sinfi bitirmişdi. Oğlumun xarici ölkədə təhsil alması üçün “Kapital Bank”ın Neftçilər filialından 5500 manat kredit götürdüm. 800 AZN isə sığorta pulu ödədim.


Yoldaşım rəhmətə getdikdən sonra səhhətimlə bağlı ciddi problemlər yaşadım və ödənişlərim gecikdi. Daha sonra “Kapital Bank”ın Gənclik filialından Yaşar adlı şəxs mənə bildirdi ki, sizə 10 faiz güzəşt edərik, gəlin 5 illik müqavilə bağlayaq. Kiçik hərflərlə olduğu üçün tam oxuya bilməyib imza atmışam.


Uşaq üçün ayrılmış müavinəti bəzən bütov şəkildə hesabdan çıxırdılar. Məndən 4 ilə 19 min 164 manat 19 qəpik ödəniş alıblar.


İndi mən hal-hazırda yoldaşım üçün ayrılmış pensiyanı xüsusi şərtlərlə alıram. Bank hər ay müəyyən məbləği hesabımdan çıxır. Ödənişin vaxtı ayın 15-16-na təsadüf etsə də, bank ayın 1-dən zənglər edir. O gündən bu günə kimi hələ də gecikmələrlə pul çıxırlar.


Dəfələrlə bu barədə bir çox yerlərə müraciət etsəm də, şikayətim cavabsız və həll edilməmiş qalıb. 16.12.2024-cu ildə kreditin bitmə vaxtıdır. Bu qədər faiz ödəmək heç bir ölkədə yoxdur.


Mən artıq bu haqsızlıqdan bezmiş. Vətən üçün sağlamlığını, daha sonra həyatını itirmiş bir insanın ailəsini belə sıxışdırmaq olarmı? Özüm xəstəyəm, oğlum hərbi xidmətə hazırlaşır.


Mən bir ana kimi Vətənimizə xeyirli övlad yetişdirirəm. Xahiş edirəm, məmur özbaşınalığına son verilsin. İmkan versinlər aldığımız pensiyamızı iynə-dərmanımıza verə bilək.


Sizin sayt vasitəsilə cənab Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Meriban xanım Əliyevaya müraciət edirəm. Mən onlardan kömək istəyirəm. Bu özbaşınalığın sona yetməsi üçün tapşırıq vermələrini xahiş edirəm.


Bilirəm ki, müraciətlərim Cənab Prezidentə və Birinci vitse-prezidentə çatmayıb. Çatsaydı, imkan verməzdilər ki, qazi ailəsini bu qədər sıxıntı içərisinə salsınlar".
9-09-2024, 11:24
FHN Gəncədə gecə təlimi keçirib
9-09-2024, 09:00
ŞİRVAN xəstəxanası
18-05-2024, 15:13
Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu
18-05-2024, 14:49
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:07
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?
18-05-2024, 13:46
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
18-05-2024, 12:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18-05-2024, 11:54
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 09:36
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 09:01
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:36
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
17-05-2024, 19:38
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
17-05-2024, 18:58
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
17-05-2024, 18:26
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
17-05-2024, 17:45
Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat
17-05-2024, 17:08
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 16:32
Futbol oyunları vaxtı baş məşqçilər VAR-a müraciət tələb edə biləcəklər
17-05-2024, 13:59
“The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir
17-05-2024, 12:59
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
17-05-2024, 12:31
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
17-05-2024, 12:19
QARANLIQ DÜNYAMIZA AYDINLIQ GƏTİRƏN AĞ XALATLI HƏKİM - BİZ SİZƏ MİNNƏTDARIQ
17-05-2024, 11:58
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
17-05-2024, 11:57
İşini vicdanla yerinə yetirən Xəqani Əhmədov
17-05-2024, 11:17
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
17-05-2024, 10:45
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
17-05-2024, 09:56
YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA
17-05-2024, 09:22
İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?