"Bir-iki dəfə yolda hərəkət edən təzə avtomobil dağılır..." - GİLEY
Gündəm / Cəmiyyət
Oxunub: 5
14 Mayıs 2024 | 09:14



İndi Lənkəran camaatını ən çox narahat edən yol problemidir. Rayonda illərlə təmir üzü görməyən yollarda artıq hərəkət etmək qeyri-mümkündür. Lakin insanları eşidib, respublikamızın indiki dinamik inkişafda olduğu dövrdə onların narahatçılığına əncam çəkmək aidiyyəti qurumları düşündürmür.


Hətta hər bir vətəndaşın rahatlığı, xoş güzəranı üçün çalışan dövlət rəhbərinin bu məqsəd üçün ayırdığı vəsait mənimsənilir. Nəticədə öz dövlətini sevən, onun başçısına ürəkdən inanan lənkəranlı rayonda səlahiyyət sahiblərin özbaşınalığı ucbatından dağılmış, artıq ömrünü başa vurmuş yollarda əziyyət çəkir. Halbuki, Prezident məmurlara vəzifə tapşıranda birinci növbədə onlardan insanlara layiqli xidmət göstərməyi tələb edir...

Lənkəran rayonunun Digah və Şilavar kəndlərini birləşdirən yol tam sıradan çıxıb. Bu yolun hazırda ciddi təmirə ehtiyacı var. Gün ərzində yoldan yüzlərlə vətəndaş istifadə edir. Asfaltı dağılmış, hər addımbaşı çuxurlar yaranmış yolda gediş-gəliş təhlükəlidir. Əksər hissəsində çalalar o qədər dərindir ki, yağan yağış suları yaya kimi qurumur. Payızı, qışı daha pis olur. Məcburiyyət qarşısında yola çıxan mənzil başına salamat çatacağına inanmır. Bir-iki dəfə yolda hərəkət edən təzə avtomobil dağılır...


Əhali bildirir ki, yaranmış vəziyyətlə əlaqədar aidiyyəti təşkilatlara müraciətlər olunub. Amma dağılmış yolu qaydaya salan yoxdur: “Əgər istəsələr, bu çox da çətin məsələ deyildir. Sadəcə rayonda ölkə rəhbərinin öz vətəndaşların rahat yaşaması naminə gördüyü işlərə kölgə salanlar vardır. Buna görə də yolun təmirindən ötrü artıq yerli məmurlardan heç nə gözləmirik. İndi ümid yerimiz yalnız xalqın böyük etimadını qazanaraq yenidən Prezident seçilən İlham Əliyevədir”.(Hurriyyet.az)
9-09-2024, 11:24
FHN Gəncədə gecə təlimi keçirib
9-09-2024, 09:00
ŞİRVAN xəstəxanası
18-05-2024, 15:13
Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu
18-05-2024, 14:49
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:07
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?
18-05-2024, 13:46
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
18-05-2024, 12:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18-05-2024, 11:54
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 09:36
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 09:01
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:36
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
17-05-2024, 19:38
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
17-05-2024, 18:58
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
17-05-2024, 18:26
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
17-05-2024, 17:45
Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat
17-05-2024, 17:08
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 16:32
Futbol oyunları vaxtı baş məşqçilər VAR-a müraciət tələb edə biləcəklər
17-05-2024, 13:59
“The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir
17-05-2024, 12:59
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
17-05-2024, 12:31
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
17-05-2024, 12:19
QARANLIQ DÜNYAMIZA AYDINLIQ GƏTİRƏN AĞ XALATLI HƏKİM - BİZ SİZƏ MİNNƏTDARIQ
17-05-2024, 11:58
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
17-05-2024, 11:57
İşini vicdanla yerinə yetirən Xəqani Əhmədov
17-05-2024, 11:17
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
17-05-2024, 10:45
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
17-05-2024, 09:56
YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA
17-05-2024, 09:22
İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?