Milyonları mənimsəyən Gündüz Əliyev və Gülnarə Bayramovanın həbsinin qarşısını Zakir Fərəcov alır?
Gündəm / Cəmiyyət
Oxunub: 7
14 Mayıs 2024 | 12:16
Milyonları mənimsəyən Gündüz Əliyev və Gülnarə Bayramovanın həbsinin qarşısını Zakir Fərəcov alır?

Azərbaycanda ağır cinayətlərdə ittiham olunan Sumqayıt şəhər İcra Hakimiyyətinin (ŞİH) şəhər təsərrüfatı şöbəsinin müdiri Gündüz Əliyevdir. Ən qəribəsi isə şəhər təsərrüfatı şöbəsinin müdiri olan bir məmurun həm də pedaqoji fəaliyyətlə məşğul olmasıdır. Belə ki, Gündüz Əliyev SDU fəlsəfə kafedrasının baş müəllimidir. Bİr müəllimin cinayətdə ittiham edilməsi halında tələbələrə hansı düzlükdən danışdığı biz media əməkdaşlarınada maraqlıdır. Özü və bacısı haqqında başlanan cinayət işi artıq məhkəmə qarşısındadırsa SDU bu şəxsin fəaliyyətinə məhkımı prosesi bitənə qədər niyə xitam verməyib deyə sualda yaranır.


Gəlin, faktlara nəzər yetirək. Bakunews.az media resurslarında yayılan xəbərlərə istinadla bildirir ki, Gündüz Əliyevin korrupsioner fəaliyyətinə görə barəsində cinayət işi məhkəmə qarşısındadır. Gündüz Əliyevin hətta doğma bacısı belə cinayətdə ittiham edilir. Lakin onu ört-basdır etməyə çalışıblar. İlk növbədə bu fakta diqqət edək: söhbət “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlardan gedir. Cinayət işi materiallarına əsasən Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.


İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib.


Sumqayıt şefi Zakir Fərəcovun iş adamlarının pulunu mənimsəməsində ən yaxın adamlarından hesab olunan Gündüz Əliyevin də iştirakı olub. Ona görə Gündüz MÜƏLLİM ciddi təşviş içindədir. Sumqayıt şəhərinin girişində, Dənizkənarı Bulvarının yenidən qurulması zamanı həyata keçirilən təmir-tikinti işlərindən sonra yaranmış 10 milyonlarla manat borc qalmaqalında əsas günahkarlardan biri kimi, birbaşa, adı keçir.


Zakir Fərəcovdan pullarını indiyədək ala bilməmələrinin əsas səbəbka elə həmin “Zəmanət Məktubu”nun müəllifi Gündüz Əliyevdir deyə sahibkarlar bildirib. Yeri gəlmişkən, onu da qeyd edək ki, belə yalan “Zəmanət Məktubu” kimi saysız-hesabsız “rəsmi sənədlərlə”, Gündüz Əliyev, təkcə bu 10 nəfərdən çox iş adamının deyil, həm də, onlar kimi çoxlarının başına “torba tikib”.


Zakir Fərəcovun əsas adamı və “sağ əli” kimi tanınan, eləcə də şəhər üzrə həyata keçirilən bütün tenderlərə nəzarət edən Gündüz Əliyevin həbs olunma ehtimalı çox yüksəkdir. Lakin ictimaiyyət üçün də çox maraqlıdır ki, ağır mənimsəmə cinayətində ittiham olunan bu şəxs məhbəsdə cəza çəkmək əvəzinə, indiyə qədər öz vəzifəsində nə üçün işləyir?! Çoxda keçmiş olmayan zaman kəsiyində İcra başçılarının mənimsəmə ittihamlarında yeddi icra başçısı bu günə qədər həbs həyatı yaşamalı olub. Qanun aliliyi İcra başçılarına tətbiq edilsədə G.Əliyevə bu qanun tətbiq edilə bilmir. Etibarlı məbələr bu şəxslərin Ramiz Mehdiyev tərəfindəndə himayə edilməsi ilə bağlıda məlumatlar verir.


Sumqayıtdakı dəyəri 5 milyon manat hesablanan “gözqamaşdırıcı” daha bir obyektinin fotosu yayıldı. Sumqayıt Bulvarında inşa edilən bu obyekt əyləncə üçündür. Şöbə müdirinin bu qədər bahalı obyekti hansı pullar hesabına tikdirdiyi sual yaradır.


Gündüz Əliyevin adı Sumqayıt Şəhər İcra Hakimiyyətində indiyədək baş verən bütün qalmaqal və çəkişmələrin əsas baiskarı kimi öndə çəkilib. Rəhbər şəxslər arasında münasibətlərin açıq gərginlik səviyyəsinə keçməsi, aralarındakı mübahisələrin az qala bir-birlərinə fiziki güc tətbiq etmə həddinə qədər çatması üçün, bütün iyrənc metodları işə salıb.


Gündüz Əliyevin maliyyə piramidasında yüksəlişi 2014-cü ildən çox əvvələ təsadüf edir. Başqa sözlə desək, Gündüz Əliyev 2014-cü ildə keçmiş MTN tərəfindən saxlanılanda onun malik olduğu sərvətin miqdarı adi mebel sexi sahibinin malik ola biləcəyi sərvətdən qat-qat çox idi. Bir dönəm Eldar Mahmudovun istəklərinə boyun əyməsinədə yönıələn əməliyyat zamanı açıqlamasında şəxs mebel sexindən bu qədər qazancı əldə etdiyin vurğulayıb. MTN-nin "Buta” əməliyyatı zamanı Gündüz Əliyevin ələ keçirilən pulları "Beloçka” tumlarının reklamı olan sellofan torbada olub. Sex sahibi hesab edib ki, bu, təhlükəsizlik baxımından puların daşınması üçün daha doğru və sınanılmış vasitədir. Maraqlı məqamlardan biri də sex sahibi ilə ilk istintaqın "Sultan” kafesində gerçəkləşdirilməsidir. "Sultan” kafesinə gətirilən Gündüz Əliyev elə oradaca sözügedən qurumun əməkdaşları tərəfindən soğru-suala çəkilib. Pulların mənbəyi, təyinatı və s. kimi məsələlərə bağlı ona ünvanlanan saysız-hesabsız suallar qarşısında özünü itirən Gündüz Əlieyev bu pulları 2002-ci ildə açdığı mebel sexindən əldə etdiyini bildirib.


Bakunews.az
9-09-2024, 11:24
FHN Gəncədə gecə təlimi keçirib
9-09-2024, 09:00
ŞİRVAN xəstəxanası
18-05-2024, 15:13
Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu
18-05-2024, 14:49
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:07
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?
18-05-2024, 13:46
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
18-05-2024, 12:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18-05-2024, 11:54
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 09:36
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 09:01
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:36
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
17-05-2024, 19:38
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
17-05-2024, 18:58
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
17-05-2024, 18:26
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
17-05-2024, 17:45
Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat
17-05-2024, 17:08
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 16:32
Futbol oyunları vaxtı baş məşqçilər VAR-a müraciət tələb edə biləcəklər
17-05-2024, 13:59
“The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir
17-05-2024, 12:59
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
17-05-2024, 12:31
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
17-05-2024, 12:19
QARANLIQ DÜNYAMIZA AYDINLIQ GƏTİRƏN AĞ XALATLI HƏKİM - BİZ SİZƏ MİNNƏTDARIQ
17-05-2024, 11:58
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
17-05-2024, 11:57
İşini vicdanla yerinə yetirən Xəqani Əhmədov
17-05-2024, 11:17
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
17-05-2024, 10:45
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
17-05-2024, 09:56
YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA
17-05-2024, 09:22
İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?