İlham Əliyev 2 fərman imzaladı
Siyasət
Oxunub: 10
30 Mar 2024 | 09:48
Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanın mətnini təqdim edirik:
1. “Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704 (Cild I) 2-ci hissəsinə “Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini”.
2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 511 (Cild I) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın 4.4-cü bəndinin “İcraçı orqan” sütununda “Milli Elmlər Akademiyasının” sözləri “Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485 (Cild I) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. II hissənin 2-ci bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütununa (hər iki halda) “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;
3.2. III hissənin 7-ci və 8-ci bəndlərinin “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütununa “Milli” sözündən əvvəl “Elm və Təhsil Nazirliyi,” sözləri əlavə edilsin;
3.3. IV hissə üzrə:
3.3.1. 12-ci və 14-cü bəndlərin “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütununa “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;
3.3.2. 15-ci, 16-cı, 17-ci və 19-cu bəndlərin “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütununa “Milli” sözündən əvvəl “Elm və Təhsil Nazirliyi,” sözləri əlavə edilsin.
4. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1011 (Cild I) 2.10-cu bəndində “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.7-ci bəndində “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
6. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 699 (Cild I) 1.2-ci və 1.3-cü bəndlərində “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
7. “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 oktyabr tarixli 294 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1179 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 3.3-cü bənddə “Milli Elmlər Akademiyası nəzdində” sözləri “Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin;
7.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın 6.4-cü bəndinin birinci cümləsində “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
8. “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1370 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 2.3-cü bənddən “22.2-ci,” sözləri çıxarılsın;
8.2. aşağıdakı məzmunda 2.3-5-ci bənd əlavə edilsin:
“2.3-5. həmin Qanunun 22.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;”.
9. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 21-ci hissəsinin “Dövlət orqanının (qurumunun) adı” sütununda “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I) ilə təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
10.1. 18.13-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 18.14-cü bənd əlavə edilsin:
“18.14. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru.”;
10.2. aşağıdakı məzmunda 20-1-ci hissə əlavə edilsin:
“20-1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə:
20-1.1. Geologiya və Geofizika İnstitutunun direktoru;
20-1.2. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru.”;
10.3. 38.2-ci, 38.3-cü, 38.5-ci və 38.8-ci bəndlər ləğv edilsin.
11. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 2.0.9-cu yarımbəndində “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1001 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”na “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini – gömrük xidməti general-leytenantı” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının rəhbəri – gömrük xidməti general-mayoru”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
9-09-2024, 11:24
FHN Gəncədə gecə təlimi keçirib
9-09-2024, 09:00
ŞİRVAN xəstəxanası
18-05-2024, 15:13
Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu
18-05-2024, 14:49
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:07
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?
18-05-2024, 13:46
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
18-05-2024, 12:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18-05-2024, 11:54
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 09:36
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 09:01
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:36
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
17-05-2024, 19:38
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
17-05-2024, 18:58
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
17-05-2024, 18:26
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
17-05-2024, 17:45
Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat
17-05-2024, 17:08
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 16:32
Futbol oyunları vaxtı baş məşqçilər VAR-a müraciət tələb edə biləcəklər
17-05-2024, 13:59
“The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir
17-05-2024, 12:59
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
17-05-2024, 12:31
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
17-05-2024, 12:19
QARANLIQ DÜNYAMIZA AYDINLIQ GƏTİRƏN AĞ XALATLI HƏKİM - BİZ SİZƏ MİNNƏTDARIQ
17-05-2024, 11:58
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
17-05-2024, 11:57
İşini vicdanla yerinə yetirən Xəqani Əhmədov
17-05-2024, 11:17
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
17-05-2024, 10:45
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
17-05-2024, 09:56
YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA
17-05-2024, 09:22
İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?